EN

Qalmaqal: Avropada Türkiyə vətəndaşlarını belə soyurlar

Almaniya, İtaliya və Fransa başda olmaqla bir çox Avropa ölkəsi türk vətəndaşlarını sözün əsl mənasında soymağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Bildirilib ki, Türkiyə vətəndaşlarından 250 avroluq viza rüsumu alan bir çox Avropa ölkəsi viza müraciətlərinin yarıdan çoxunu rədd edir və ödənilən rüsumu geri qaytarmır.

CHP millət vəkili Mustafa Sarıgül məsələyə münasibət bildirib: "Vətəndaşlarımız Avropa İttifaqı ölkələrinə viza üçün müraciət edir. Pasportum qiymətlidir, buna baxmayaraq 250 avro alırsınız. Lakin vizanı rədd edirsiniz. O zaman vətəndaşlarımızın pulunu da geri verin. Bizi heç kim aldada bilməz, pulumuzu geri qaytarın”.

Ehtimal olunur ki, Aİ ölkələrinin viza üçün topladığı pulun məbləği on milyonlarla avronu keçir.

Chosen
0
publika.az

1Sources