EN

Mağazadan saxta əskinasla alış-veriş edən şəxs tutuldu

Sumqayıtda polis mağazadan saxta əskinasla alış-veriş edən şəxsi saxlayıb.

 

Pravda.az xəbər verir ki, Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birindən naməlum şəxsin alış-veriş edən zaman kassaya 100 manat saxta pul əskinası verməsi barədə polisə məlumat daxil olub.

 

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırmalar aparılır.

Tarix: 6 May 2025, 12:52   
Chosen
0
13
pravda.az

10Sources