EN

TASS: Əsir düşən Ukrayna əsgərləri hərbi komissarlığın əməkdaşlarından qisas almaq niyyətindədirlər

Əsir götürülmüş ukraynalı hərbçilər vətənə qayıtdıqdan sonra onları zorla döyüş təmas xəttinə səfərbər edən ərazi çağırış məntəqələrinin (hərbi komissarlığın analoqu) əməkdaşlarından qisas almaq niyyətindədirlər.

Herbiand.az bildirir ki, bu məlumatı Rusiya təhlükəsizlik orqanları verib.

“Əsirlərdən ərazi çağırış məntəqələrinə münasibətini şərh etməyi xahiş edəndə, onları səfərbər edənlər haqqında ana söyüşü söymədən danışa bilmirlər. Bəziləri “insan tutanların” ev ünvanlarını xüsusi olaraq tapıblar və çəkinmədən deyirlər ki, əsirlərin dəyişdirilməsi zamanı ilk işləri keçmiş hərbi komissarlıq əməkdaşlarını “ziyarət” etmək olacaq”, - Rusiya təhlükəsizlik orqanının rəsmisi TASS agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, əsir götürülən Ukrayna əsgərlərinin əksəriyyəti Vladimir Zelenskiyə və Kiyev rejiminə qarşı nifrətini açıq şəkildə ifadə edən məcburi şəkildə səfərbər olunan vətəndaşlardır. Agentliyin həmsöhbəti əlavə edib ki, mayın əvvəlində Ukrayna Silahlı Qüvvələrinin bir qrup əsgəri Sumı istiqamətində təslim olub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
herbiand.az

1Sources