EN

Tehran Zəngəzurda “iqtisadi hab” qurmaq istəyir

İran Ermənistanda yeni layihəsini həyata keçirmək üçün hazırlıqlara başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən İrəvanda bununla bağlı artıq bəzi addımlar atılıb.

Belə ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun direktoru Puya Hüseynini qəbul edib. Hüseyni “Sünik: Cənubi Qafqaz İqtisadi Qovşağı” proqramını təqdim edib.  Buraya özəl sektor investisiyalarının cəlb edilməsi, infrastrukturun inkişafı və Ermənistan-İran iqtisadi əməkdaşlığının genişləndirilməsi daxildir.

Fərda Uğur

Chosen
0
1
tribunainfo.az

2Sources