Oxu.az saytına istinadən ain.az xəbər verir.
Türkiyənin "Qalatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimhenin qalıcı transferini reallaşdırmaq üçün lazım olan məbləği toplamağı bacarıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Viktor Osimhenin icarə əsasında "Qalatasaray"a gəlməsi üçün "Napoli"yə doqquz milyon avro ödəyən Türkiyə nəhəngi, geri qalan 66 milyon avronu da ödəməyə razı olub (ümumilikdə 75 milyon avro).
Viktor Osimhen özü də "Qalatasaray"da qalmaq istədiyindən "Yuventus" və Səudiyyə Ərəbistanı klublarının təkliflərini geri qaytarıb.
Qeyd edək ki, Viktor Osimhen "Qalatasaray"a keçəcəyi təqdirdə Türkiyə futbolu tarixinin ən bahalı transferi olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.