EN

Azərbaycan və İranın beyin mərkəzləri Anlaşma Memorandumu imzaladılar

Mayın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində BMTM və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi (IPIS) arasında Anlaşma Memorandumu imzalanıb.

 

Senzor.az bildirir ki, memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.

 

Sənəd BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.

Chosen
0
22
senzor.az

10Sources