EN

Zabratda qadını qətlə yetirən 30 yaşlı kişinin məhkəməsi başladı

BAKI, 6 may. TELEQRAF

Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin iştirak etmədiyi məlum olub. Tərəflər buna etiraz etməyiblər.
Dövlət ittihamçısı Orxan Kəngərli için məhkəmə baxışına verilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili də buna etiraz etməyib. Bildirib ki x iş məhkəmə baxışına verilməsin və araşdırılsın.
Məhkəmə baxışı mayın 8-ə təyin edilib.
Qeyd edək ki, ötən ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İgid Rəcəbzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Chosen
0
teleqraf.com

1Sources