EN

Zamiqin komandası heç-heçə etdi

Albaniya superliqasında pley-off oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" yarımfinalda “Partizani” ilə qarşılaşıb. Əliyevin 90 dəqiqə meydanda olduğu matç 0:0 hesabı ilə başa çatıb. Reqlamentə əsasən bərabərlik olduğu halda ev sahibləri növbəti mərhələyə yüksəldiyinə görə "Eqnatiya" turu keçib.

Qeyd edək ki, "Eqnatiya" ölkə çempionluğu uğrunda “Vilaznia” ilə üz-üzə gələcək.

Chosen
0
2
football-plus.az

3Sources