
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 16-da Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.Vətəndaşlar 6 - 13 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Diqqət Çəkənlər
Trampdan Ərdoğana Zəng: Ukraynada Sülh Üçün Birlikdə Hərəkət Etməliyik
Papa Fransiskin Son Arzusu: Qəzzalı Uşaqlar Üçün Ümidə Çevrilən Avtomobil
Sumqayıt və Bakıda Narkotik Əməliyyatı: Kiloqramlarla Maddə və 3 Tutulan