EN

Avropa və ABŞ sakinləri 5 ildən sonra nüvə silahı ilə yeni dünya müharibəsi gözləyir

Avropa ölkələri və ABŞ sakinlərinin təxminən yarısı hesab edir ki, beş-on ildən sonra yeni dünya müharibəsi başlayacaq. Sorğuda iştirak edənlər belə bir münaqişədə nüvə silahından istifadəni istisna etməyiblər...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Guardian qəzeti YouGov sorğusunun məlumatlarına istinadən yazır.

"Beş Avropa ölkəsində - Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada sorğuda iştirak edən respondentlərin 41%-dən 55%-ə qədəri yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin çox və ya kifayət qədər ehtimal olunacağına inandıqlarını bildiriblər. Bu nöqteyi-nəzəri amerikalıların 45%-i bölüşür", deyə nəşr qeyd edib.

Məsələn, ABŞ-da respondentlərin 45%-i, Böyük Britaniyada 41%-i, Fransada 55%-i bu fikirdədir.

Yuxarıda adı çəkilən Avropa ölkələri və ABŞ-da respondentlərin əksəriyyəti (68%-dən 76%-ə qədər) hesab edir ki, istənilən yeni münaqişə nüvə silahından istifadəni əhatə edəcək.

Sorğu YouGov tərəfindən 3-16 aprel tarixlərində keçirilib. Respondentlərin sayı verilmir. Nəşr də sosioloji araşdırmanın səhvləri barədə yazmır.

Poliqon.info

Chosen
0
5
poliqon.info

6Sources