EN

Kürdə suyun səviyyəsi artdı

Avtomat hidroloji stansiyaların mayın 6-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 56 sm, Qusarçay-Kuzunda 13 sm, Qudiyalçay-Qımılda 6 sm, Əyriçay-Ağyazıda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxanda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 18 sm, Bərgüşadçay-Əliquluuşağıda 9 sm, Tərtərçay-Vəngdə 4 sm, Tutqunçay-Comərddə 2 sm artım, Kür çayının aşağı axımında Kür-Surrada 54 sm, Kür-Zərdabda 10 sm artım qeydə alınıb.

Transsərhəd çayında Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 230 m3/san normanın 116%-ni təşkil edir.

Chosen
0
34
konkret.az

10Sources