EN

Avropa İttifaqının təhdidi Paşinyanı çətin vəziyyətdə qoydu

Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 9-da İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirakı naməlum olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Baş nazirin dəftərxanası Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyini açıqlamaqdan yayınır. Yalnız parlamentin sədri Alen Simonyan Paşinyanın iştirakının düzgün olacağı fikrini bildirib. Məlumata görə, ləngimə hakim “Vətəndaş Müqaviləsi” Partiyası daxilindəki fikir ayrılıqları ilə bağlıdır. Partiyanın “sorosçu qanad”ı Moskvaya getməyə qarşıdır. Məsələ həmçinin paradda iştirakın nəticəsiz qalmayacağını bəyan edən xarici tərəfdaşların (Avropa İttifaqının) təhdidləri ilə bağlıdır.

Hindistan, Macarıstan və Slovakiya baş nazirlərinin iştiraklarını ləğv etməsindən sonra Paşinyanın vəziyyəti daha da mürəkkəbləşib. Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasın təhdidləri əslində öz nəticəsini verib. Bununla belə, Paşinyan fors-major hal baş verməsə, getməyə meyllidir”, - erməni nəşri bildirir.

Rusiyanın Ermənistandan bir hərbi bölmənin parada göndərmək təklifinə gəlincə, “Hraparak” yazır ki, İrəvan Azərbaycandan fərqli olaraq Moskvaya hərbçilər göndərməyəcək.
Chosen
0
2
sherg.az

3Sources