EN

Səid Xətibzadə: İran və Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İran və Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir".

Oxu.Az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, regionda İran və Azərbaycan qədər bir-birinə sıx bağlı başqa iki ölkə yoxdur:

"Xalqlarımız da bir-birinə çox bağlıdır. İki ölkə arasında yaranan hansısa süni maneələri aradan qaldırmağa, münasibətləri öz məcrasına qaytarmağa çalışırıq".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
0
icma.az

1Sources