EN

Ötən gün vətəndaşların bank kartlarından 13 min manatdan çox vəsait oğurlanıb

Bakı. Trend:

Mayın 5-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2999,1950, 1040, 1000, 1000, 1000, 999, 744, 713, 560, 498, 347, 43manat və 90 avro pul vəsaitləri bank kartlarından oğurlanıb.

Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davamedir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTPkodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin vəşifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olanpullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərərvuracaqlar. Mayın 5-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 2999, 1950, 1040, 1000, 1000, 1000, 999, 744, 713, 560, 498,347, 43 manat və 90 avro pul vəsaitləri bank kartlarındanoğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc,sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxilüzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyəedirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərəverməyin, təhlükə var",- deyə əlavə edilib.

Məqalədə:
Chosen
0
49
az.trend.az

10Sources