EN

Bu ölkəni qum fırtınası vurdu: Çox sayda ölü və yaralı var

İraqda qum fırtınası nəticəsində baş verən yol qəzasında 4 nəfər ölüb, 3-ü yaralanıb.

Publika.az xəbər verir ki, hadisə Səlahəddin şəhərinin Tuzhurmatu rayonundakı Serha keçid məntəqəsi yaxınlığında baş verib.

Bildirilib ki, fırtına səbəbiylə görmə məsafəsinin sıfıra enməsi nəticəsində iki avtomobil toqquşub.

Fırtına İraqın Diyala, Kərkük, Ərbil, Səlahəddin və Süleymaniyyə kimi bir çox şəhərinə də mənfi təsir edib.

Qum fırtınası səbəbindən tənəffüs problemlərindən əziyyət çəkən 400-ə yaxın insanın xəstəxanaya müraciət etdiyi qeyd olunur.

Chosen
0
publika.az

1Sources