EN

“Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” adlı konsert keçirilib

5 may 2025-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” adlı konsert proqramı təşkil olunub.
Regionlararası mədəni ələqələrin inkişaf etdirilməsi məqsədini daşıyan tədbir Mil-Muğan və Lənkəran-Astara Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, YAP Sabirabad rayon təşkilatının sədri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, rayonun idarə və təşkilatarının rəhbərləri, əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin mənalı və şərəfli ömür yolunu əks etdirən foto sərgi ilə yaxından tanış olublar.
Tədbir Dövlət Himinin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək Ulu Öndərin Azərbaycan dövlətinə, mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər.
Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş etdirilib, ardınca Masallı və Lənkəran rayon Mədəniyyət Mərkəzləri kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub.
Konsert proqramında Masallı və Lənkəran rayonlarının Mədəniyyət Mərkəzlərinin solistləri müxtəlif musiqi nömrələri ifa edib, eyni zamanda Masallı rayon Halay Xalq Folklor Kollektivi tərəfindən maraqlı rəqs kompozisiyaları nümayiş olunub.
Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib. Daha sonra regionlararası mədəni əlaqələrin gücləndirilməsinə verdiyi töhfəyə görə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi təltif edilib.
Böyük maraq və alqışlarla qarşılanan tədbir sənətçilərin ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.

image-d6c741f8-bb26-4fb0-a789-77d17275faaa image-d8b21b19-2846-4480-9928-5dfe4cccebc4 image-3f199f84-c8f1-4649-ae33-655c8c425f97 image-290c7844-d99f-4a84-9961-4fd33a93ee41 image-b4ea22e2-3d0c-4ae6-8e6d-6a0144a891d3 image-16e8908d-31b5-45d7-9ab7-ce4d58b70f70 image-e0b7ff5a-f9b2-431b-b564-c8f851f46b6e image-2392c10e-c827-42f1-9963-39e9a777faf0 image-7b316b21-3ed4-49de-8434-b88d69fa944a image-381193ca-a8d3-4e6c-8e9d-28db20841ba4 image-f2ce8f8f-6c18-4e51-bd73-486825f999b4 image-e990c11e-e2e0-4f27-9a85-83f168dde1da image-99646c14-4671-4f49-957b-40f8baf200af

Chosen
0
busaat.az

1Sources