Bakı. Trend:
Yaxın gələcəkdə Tehran və Təbrizdən Bakı və əks istiqamətdəbirbaşa hava reyslərinin təşkil olunması nəzərdə tutulur.
Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müşavirivə Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Məsələlər üzrəMərkəzinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasındadeyib.
Onun sözlərinə görə, qərara alınıb ki, Tehran-Bakı hava reyslərihəftədə 4 gün, Təbriz-Bakı reysləri həftədə iki gün təşkilolunacaq.
Nazir müşaviri deyib ki, hal-hazırda İranın Mülki AviasiyaTəşkilatı Azərbaycanın əlaqədar qurumları ilə müzakirə aparır və bureyslərin tezliklə açılması üzrə ekspertlər tərəfindən işlərgörülür.
Qeyd edək ki, İranda 54 mülki aktiv aeroport fəaliyyət göstərir.Onun 14-ü beynəlxalq aeroportdur. İran aeroportları ilə ildə ortahesabla 30 milyon sərnişin daşınır.