EN

"İnter"in daha bir futbolçusu "Barselona" ilə oyunu buraxacaq

style='margin-bottom:10px;'>

"İnter” Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə bu gün keçiriləcək cavab oyununa itki ilə çıxacaq.

QOL.az xəbər verir ki, Benjamen Pavar məşq zamanı sıradan çıxıb. "Sky İtalia"nın məlumatına görə, fransalı mərkəz müdafiəçisi "Barselona" ilə oyunda meydana çıxa bilməyəcək. 

Bundan əvvəl isə kapitan Lautar Martinesin zədə səbəbindən Kataloniya təmsilçisi ilə matçı buraxacğı bəlli idi.

Qeyd edək ki, bu gün keçiriləcək “İnter” – “Barselona” oyunu saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 3:3.

Chosen
0
1
teleqraf.com

2Sources