ain.az, Olke.az portalına istinadən məlumat yayır.
Ukrayna tərəfinin Rusiyanın 11 bölgəsinə PUA hücumu nəticəsində 10-dan artıq hava limanında uçuşlar dayandırıldı, xeyli sayda uçuşlar təxirə salındı.
Ölkə.az xəbər verir ki, təkcə ötən gecə paytaxt Moskvada 19 Ukrayna PUA-sı zərərsizləşdirilib.
Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. Onun sözlərinə görə, son iki gündə paytaxt Moskva davamlı olaraq PUA hücumuna məruz qalıb. PUA hücumu nəticəsində Moskvadakı Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi də Moskvada çoxlu sayda uçuşun dayandırıldığını açıqlayıb.
PUA hücumu nəticəsində Kazan, Nijnekamsk, İvanovo, Kaluqa, Nijni Novqorod və Yaroslavl hava limanları fəaliyyətini müvəqqəti olaraq məhdudlaşdırıb.
Rusiyanın Telegram kanalları Lipetsk, Ryazan, Tambov və Tula vilayətlərində də PUA təhlükəsi elan olunduğunu bildirir.
Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın 11 bölgəsində 105 PUA vurduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Bryansk vilayətində 32, Voronej vilayətində 22, Moskva vilayətində 19, Penza vilayətində 10, Kaluqa vilayətində 9, Belqorod vilayətində 6 PUA vurulub. İki pilotsuz təyyarə Lipetsk və Samara vilayətləri üzərində, biri isə Vladimir, Kursk və Rostov vilayətləri üzərində məhv edilib.
Mürtəza
Ölkə.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.