EN

Fənərbağça baş məşqçi postuna sabiq Qalatasaray lını gətirmək istəyir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Fənərbağça"nın yeni baş məşqçisi sabiq "Qalatasaray"lı Arda Turan ola bilər.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, klubun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun əvəzinə baş məşqçi sükanı arxasına Arda Turanı gətirmək istəyir.

O, klub rəhbərliyinə hazırda "Eyüpspor"u çalışdıran 38 yaşlı mütəxəssisin namizədliyini irəli sürüb.

Xatırladaq ki, Arda Turan mətbuat konfranslarında və müsahibələrində Türkiyədə "Qalatasaray" klubundan başqasını çalışdırmayacağını bildirmişdi.

Qeyd edək ki, Arda Turan 2005-2011, 2020-2022-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, 2023-cü ildən start verdiyi baş məşqçi karyerası ərzində yalnız "Eyüpspor"u çalışdırıb. Komanda hazırda Türkiyə Super Liqasında 50 xalla 6-cı yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
0
1
icma.az

4Sources