EN

Türkiyəli aparıcının nikahı oldu Azərbaycan mahnısı ilə bağlı detal diqqət çəkdi

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli aparıcı və sosial media fenomeni Kadir Ezildi nişanlısı Qamze Türkmenle nigaha daxil olub.

BAKU.WS xəbər verir ki, fenomenin xoş günü ailə üzvləri və dostları arasında keçirilən sadə məclisdə baş tutub. 

Bu barədə Kadir özü sosial şəbəkə hesabında görüntülər paylaşıb. 

Sosial media fenomeninin izləyiciləri ilə bölüşdüyü görüntülərdən biri xeyli marağa səbəb olub.

Belə ki, Kadir nişana getdiyi avtomobildə azərbaycanlı müğənni Əflatun Qubadovun "Ceyran amandı" mahnısnın sədaları ilə altında rəqs edib. 

Ezildinin bu əyləncəli videosu sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. 

Xatırladaq ki, Kadir Ezildi Qamze ilə ötən ilin iyulunda nişanlanıb. Qamze Kadirin ən yaxın dostunun bacısıdır. 

Məlumat üçün bildirək ki, Kadir "Temizlik avcıları", "Temizlik benim işim" verilişlərinin aparıcısı olub. O, hazırda "En hamarat benim" proqramının aparıcısıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
0
1
icma.az

2Sources