EN

Əliyevin komandasından yarımfinalın ilk oyununda bərabərlik

Albaniya Superliqasında pley-off oyunları davam edir.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” yarımfinalda “Partizani” ilə qarşılaşıb.

Müdafiəçimizin 90 dəqiqəni əvəz edilmədən keçirdiyi matç qolsuz bərabərliklə (0:0) yekunlaşıb. Bu səbəbdən komandalar arasında ikinci oyun olacaq.

“Eqnatiya” “Partizani”ni keçə bilsə, ölkə çempionluğu uğrunda finalda “Vilaznia” ilə qarşılaşacaq. Əks təqdirdə bürünc medallar uğrunda Tirana “Dinamo”su ilə üz-üzə gələcək.

Chosen
0
msport.az

1Sources