EN

Putini atəşkəs təklifi ilə razılaşmağa çağırıblar

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron Ukraynadakı müharibəni müzakirə edib və Rusiyanı 30 günlük atəşkəslə razılaşmağa çağırıblar.Reyting.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında bildirilib.Liderlər sülh danışıqlarına imkan vermək üçün Rusiyanın 30 günlük atəşkəslə razılaşmasının vacibliyini önə çəkiblər.Starmer vurğulayıb ki, Ukrayna artıq danışıqlar masası arxasında əyləşməyə hazırdır və sülh tərəfdarı olduğunu bəyan edib.Makron və Starmer həmçinin bu ilin sonunda keçiriləcək Böyük Britaniya-Fransa sammitini müzakirə edib, iki ölkə arasında müdafiə, təhlükəsizlik və qeyri-qanuni miqrasiya ilə mübarizə də daxil olmaqla bütün sahələrdə ambisiyaları gücləndirmək barədə razılığa gəliblər.E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
0
1
icma.az

2Sources