EN

Nikolas Keyc ölümdən döndü - FOTO

Hollivud ulduzu Nikolas Keycin başına iş gəlib.

Milli.Az xəbər verir ki, aktyor "Sörfer" adlı psixoloji trillerin çəkilişləri zamanı ölümdən son anda qurtulub.

O, başına gələn hadisəni "Entertainment Weekly"yə danışıb:

"Çox çətinliklərimiz oldu. Hava şəraiti və köpək balıqları ilə bağlı xəbərdarlıqlar aldıq. Mən sörfinqlə məşğul olmağa çalışırdım, amma hər dəfə dalğalar məni suya atırdı. Bir dəfə böyük bir dalğa məni geri çəkmə axınına atdı. Mən yalnız sığorta ipindən yapışaraq sağ qala bildim. Orada ölə bilərdim. İndi kiçik bir övladım var, bilmirəm bu işlə məşğul olmağa davam etmək istəyirəm ya yox".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
0
3
milli.az

4Sources