
ABŞ-ın prezidenti Donald Tramp özünün Truth Social sosial platformasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirdiyini bildirib. Tramp bu danışığı “çox yaxşı və məhsuldar” adlandırıb.“Mənim bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxşı və məhsuldar telefon danışığım oldu. Bu danışıqda Rusiya ilə Ukrayna arasında müharibə, həmçinin Suriya, Qəzza və digər məsələlər müzakirə olundu,” – deyə Tramp qeyd edib.O vurğulayıb ki, bu mənasız, lakin ölümcül müharibənin dayandırılması üçün Ərdoğanla birlikdə çalışmaq arzusundadır.“Mən bu mənasız, lakin ölümcül Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün prezident Ərdoğanla birgə işə başlamağı səbirsizliklə gözləyirəm — indi!” – Tramp əlavə edib.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Apteklərdə Monitorinqlər Gücləndirilib: Nöqsanlar Aşkarlanıb
Papa Fransiskin Son Arzusu: Qəzzalı Uşaqlar Üçün Ümidə Çevrilən Avtomobil
Sumqayıt və Bakıda Narkotik Əməliyyatı: Kiloqramlarla Maddə və 3 Tutulan