EN

Əliyev 90 dəqiqə oynadı - Pley-off mərhələsində

Albaniya Superliqasında pley-off oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" yarımfinalda “Partizani” ilə qarşılaşıb.

Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Görüş 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən də tərəflər arasında ikinci görüş keçiriləcək.

"Eqnatiya" qələbə qazansa, ölkə çempionluğu uğrunda “Vilaznia” ilə üz-üzə gələcək. Əks halda bürünc medallar uğrunda “Dinamo Tirana" ilə qarşılaşacaq.

Chosen
0
1
sportinfo.az

10Sources