EN

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi 30 nəfər şagird arasında anket-sorğu keçirib - FOTOLAR

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi bildirir ki, 05.05.2025-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən K. Məmmədov adına 209 №-li tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 15 nəfər qız və 15 nəfər oğlan olmaqla, ümumilikdə 30 nəfər şagird arasında anket-sorğu keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbirin məqsədi şagirdlərin yol hərəkətinin təhlükəsizliyi barədə bilik və anlayışlarını müəyyən etmək, onlara piyada mədəniyyətini aşılamaqdan ibarət olmuşdur.

Layihənin icrası çərçivəsində keçirilən tədbirdə məktəbin direktoru S. Ağayeva, pedaqoji heyətin üzvü UBR T. Əliyeva və psixoloq S. Muradova iştirak etmişlər. Anket-sorğunun sualları və loqolu sorğu vərəqləri əvvəlcədən “Oriqami” İctimai Birliyi tərəfindən hazırlanmış və tədbir zamanı iştirakçılara paylanmışdır.

Layihənin rəhbəri N. Nəcəfov sorğu vərəqindəki suallarla şagirdləri tanış etmiş, cavabların seçilməsi üçün onlara istiqamət vermiş, suallarla bağlı məsələləri aydınlaşdıraraq izahatlar təqdim etmişdir.

Sorğu iştirakçıları 20 dəqiqə ərzində sualları cavablandırmışlar. Anket-sorğuda könüllülük prinsipi əsasında məktəbin VII “a” və VII “b” siniflərinin şagirdləri fəal iştirak etmişlər.

Chosen
0
qht.az

1Sources