EN

Trampın təyin etdiyi yeni səfir Ankaraya gəldi - Keçmiş şirkət rəhbəri jurnalistləri türkcə salamlayıb

Amerika Birləşmiş Ştatlarının Ankaradakı yeni səfiri Tom Barak Türkiyəyə gəlib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, vəzifəsinə başlamaq üçün Ankaraya gələn yeni səfiri Tomas Barak Esenboğa hava limanında jurnalistləri türkcə “Salam, xoş gördük” deyə salamlayıb.

Barak bildirib ki, buradakı əsas vəzifəsi Türkiyə-ABŞ münasibətlərini yüksəltmək olacaq: "Bizim hər zaman yaxşı münasibətlərimiz olub, bu, fövqəladə əlaqələrə keçməlidir. Ona görə də ABŞ prezidentinin məqsədi bunu liderlər və xalqlar səviyyəsinə qaldırmaqdır. Türkiyəni, ABŞ-ı və dünyanı daha yaxşı etmək istəyirik".

Firudin Səfərli
MİA.AZ

Chosen
0
1
mia.az

2Sources