EN

Şoyqu: Qərb Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır...

Avropa İttifaqı və Şimali Atlantika Alyansı Qərbi Rusiya ilə birbaşa müharibəyə hazırlamaq üçün proqramlar həyata keçirir...

Poliqon xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiyskaya qazeta” üçün məqaləsində yazıb

London və Parisin qızışdırdığı və himayə etdiyi Avropa elitası Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyi barədə yüksək səslə bəyanatlar verməkdə davam edir. Amma təkcə bu deyil. Bu bezdirici səs-küylə müşayiət olunan NATOAvropa İttifaqı kollektiv Qərbi Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlamağa yönəlmiş proqramlara başlayıblar”, deyə Şoyqu qeyd edib.

Şoyqunun sözlərinə görə, bu aqressiv addımlar “Gebbels təbliğatının ən yaxşı ənənələrində rusofob uydurmalarla” əsaslandırılır. Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, eyni şey NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru davam edən irəliləyişinə də aiddir.

Poliqon.info

Chosen
0
poliqon.info

1Sources