EN

Qazaxıstan Rusiyaya Volqa çayının axınının birgə tənzimləməyi təklif edəcək

Bu ilin üçüncü rübündə Qazaxıstan Rusiyaya Volqa çayının tənzimlənməsi məsələləri üzrə birgə işçi qrupunu yaratmağı təklif edəcək. SİA “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın su təsərrüfatı və irriqasiya nazirinin birinci müavini Bolat Bekniyaz bildirib.

“Təəssüf ki, Volqa transsərhəd çaylarına aid deyil. Rusiya ilə yalnız Jayık çayı və digər çaylar üzrə sazişlər bağlaya bilərik, xüsusi işçi qruplar var. Volqaya gəlincə, o, həqiqətən də suyun 80 faizini Xəzər dənizinə verir. Biz Rusiya tərəfinə Volqa çayı üzrə birgə işçi qrup yaratmağı və ondan sonra bu işçi qrup çərçivəsində işləməyi təklif etmək niyyətindəyik”, - deyə o bildirib.

Bundan əvvəl “Kazidromet” Respublika dövlət müəssisəsinin Xəzər dənizi hidrometeoroloji tədqiqatlar idarəsinin rəhbəri Ayzat Eltay bildirmişdi ki, Rusiya tərəfində böyük həcmdə su istehlak edən strukturlar tikilib istismar olunduğu üçün Volqadan gələn suyun həcmi azalıb.

Chosen
0
4
sia.az

5Sources