EN

Qazaxıstanın özəl neft-emalı zavodu Xəzər və Mərkəzi Asiya bazarlarında mövqeyini möhkəmləndirməyi planlaşdırır (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Qazaxıstanın özəl neft emalı zavodu olan “Aktobe Refinery”xarici bazarlarda məhsullarını genişləndirmək üçün yeni imkanlarınəzərdən keçirir, eyni zamanda, sənayenin inkişafına əngəl yaradanbir sıra çağırışlarla üzləşir.

Bunu Trend-əzavodun baş direktoru Timur Batrımbetov Bakıda keçirilən “Xəzər vəMərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumuçərçivəsində verdiyi özəl müsahibədə bildirib.

Əsas müzakirə predmetlərindən biri Qazaxıstanın gəmi yanacağıistehsalçılarının Xəzər regionu bazarındakı mövqeyi olub.

“Bizim gəmi yanacağımız yüksək keyfiyyəti ilə tanınır - o,beynəlxalq standartlara cavab verir, o cümlədən, kükürd tərkibi 0,1faizdən artıq deyil”,- deyə Batrımbetov vurğulayıb.

Lakin o əlavə edib ki, son illərdə Qazaxıstan istehsalçılarıRusiyanın və Qırğızıstanın ucuz dizel yanacağı ilə dolubazarlarında mövqelərini itirirlər.

“Biz bu dempinq qiymətləri ilə rəqabət apara bilmirik, bu daməhsulumuzun satışını çətinləşdirir”, - deyə o izah edib.

Bu problemi həll etmək məqsədilə “Aktobe Refinery” satış üçünAktau limanı vasitəsilə yeni kanallar və Xəzər regionunda yerlibunker təchizatçıları ilə əməkdaşlıq imkanlarını araşdırır.Batrımbetov əmindir ki, Qazaxıstan bu bazarlarda beynəlxalqstandartlara cavab verən keyfiyyətli yanacaq təklif edərək özyerini tuta bilər.

Bundan əlavə, Batrımbetov özəl emal müəssisələrinindəstəklənməsi üçün dövlət təşəbbüslərinin əhəmiyyətinə də toxunub.O bildirib ki, Qazaxıstandan birbaşa distillat benzinin ixracınaqoyulan məhdudiyyətlər xarici ticarətin genişlənməsi imkanlarınıməhdudlaşdırır.

“Biz birbaşa distillat benzin istehsal edirik, lakin onunQazaxıstandan ixracı qadağandır. Hesab edirəm ki, Rusiyada olduğukimi, dövlət rüsumu ödənilməsi şərti ilə bu məhsulun ixracına icazəverilməsi daha məntiqli olardı”, - deyə o vurğulayıb.

Batrımbetov qeyd edib ki, Rusiyada belə zavodlar məhsullarını,məsələn, Qırğızıstan və ya Özbəkistana rüsum ödəməklə ixrac edəbilirlər və bu, onun fikrincə, sahənin daha effektiv inkişafınatöhfə verə bilər. Bundan başqa, zavod artıq Azərbaycan bazarındapremium məhsul kimi tanınmış mazut ixracını fəal şəkildə inkişafetdirir.

“Bizim mazut Azərbaycanda yüksək keyfiyyətinə görə yaxşı tanınır— kükürd tərkibi aşağıdır (0,5%-ə qədər), donma temperaturu isəmənfi 35 dərəcədir”, - deyə “Aktobe Refinery”nin baş direktorubildirib.

O qeyd edib ki, Xəzər və Mərkəzi Asiya forumu çərçivəsindəSOCAR-ın struktur bölmələri də daxil olmaqla Azərbaycan şirkətləriilə əməkdaşlığın genişləndirilməsi üzrə ilk işgüzar danışıqlaraparılıb.

“Hazırda biz SOCAR ilə danışıqlar aparırıq və hesab edirik ki,əməkdaşlığımız qarşılıqlı faydalı ola bilər”, — deyə Batrımbetovvurğulayıb və əlavə edib ki, SOCAR-ın infrastrukturu ilə işləyənAzərbaycan şirkətləri və treyderləri ilə əməkdaşlıq artıq fəalşəkildə inkişaf edir.

Onun sözlərinə görə, zavodun məhsulları Kulevi və Batumilimanlarına çatdırılır ki, bu da öz növbəsində Xəzər regionubazarlarında iştirakın genişləndirilməsi üçün əlavə imkanlaraçır.

Nəticə etibarilə, qiymət rəqabəti ilə bağlı çətin şəraitəbaxmayaraq, “Aktobe Refinery” kimi Qazaxıstan neft emalımüəssisələri xarici bazarlarda mövqelərini möhkəmləndirmək və ixracimkanlarını genişləndirmək üçün aktiv şəkildə yeni yollaraxtarırlar. Batrımbetov Qazaxıstan hökumətinin bəzi qaydalarayenidən baxacağına və ölkədə neft emalı sahəsinin inkişafı üçündaha çevik şərtlər yaradaraq, yerli istehsalçıları dəstəkləyəcəyinəümidvar olduğunu bildirib.

Chosen
0
2
az.trend.az

3Sources