EN

Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərə gedib

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gedib.

 

Senzor.az bildirir ki, Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı BƏƏ-nin Federal Milli Şurasının sədri Saqr Qobaş, Azərbaycanın bu ölkədəki səfiri Elçin Bağırov, Dubaydakı baş konsulu Cavidan Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclis sədrinin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Chosen
0
28
senzor.az

10Sources