EN

Rusiya Qazaxıstandan onlarla "Tu-95MS" bombardmançı təyyarəsini oğurlayıb... -“Defence Express”

Oğurlanmış təyyarələrin sayı o vaxt Rusiya Silahlı Qüvvələrində olandan çox olub...
 
Rusiyanın Ukraynadan “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələrini qaz borcunun ödənişi kimi necə götürməsi hekayəsi heç kim üçün yeni xəbər deyil. Ancaq 90-cı illərdə Rusiya çox az adamın bildiyi daha böyük bir fırıldaqçılıq etdi.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Defence Express” nəşri yazır. 
 
Belə ki, 1992-ci ildə Moskva Qazaxıstandan onlarla təyyarə oğurlayıb. Kreml bombardmançıları xeyli köhnə təyyarələrlə əvəz etmək üçün hiyləgər bir sxemə əl atıb.
 
"Hekayənin miqyası ondan ibarətdir ki, ruslar Qazaxstandan aldatma yolu ilə 40-a qədər "Tu-95MS" təyyarəsini oğurlayıblar ki, bu da o zaman Rusiya silahlı qüvvələrinin əldə etdiyindən 1,5 dəfə çox idi. Qeyd etmək lazımdır ki, bu hadisə haqda məlumat  az yayılıb. Həm də ona görə ki, ruslar məharətlə oğurluq "izlərini örtüblər".
 
1992-ci ilin fevralında Rusiyada "Tu-95MS" bombardmançılarının seriya istehsalı dayandırıldı - onlar Kuybışev aviasiya zavodunda yığılırdı. Təcavüzkar ölkənin artıq bu təyyarələri istehsal etmək üçün resursları yox idi.
 
O dövrdə Rusiya silahlı qüvvələrinin tərkibində 22-dən 27-yə qədər "Tu-95MS" təyyarəsi var idi. Həmçinin "X-22" raketlərinin daşıyıcısı olan 45 "Tu-95K-22" və yeddi "Tu-95K" təlimçi təyyarəsi var idi.
 
“Nə qədər paradoksal səslənsə də, sayca ən böyük "Tu-95MS" donanması o vaxt Qazaxıstanın sərəncamında olan 40 belə təyyarədən ibarət idi ki, onlardan 27-si "MS-16" variantına (raketlərin xaricdən quraşdırılması mümkün olan) və 13-ü "MS-6" variantına (göyərtənin yalnız bomba daşınan hissəsində asma qurğuları olan) aid idi. O vaxt Ukraynanın 21  "MS-6" variantlı "Tu-95MS”-i olub, - müəlliflər izah edirlər.
 
O dövrdə Qazaxıstandakı bütün "Tu-95MS"-lər 79-cu ağır bombardmançı aviasiya diviziyasına məxsus idi. Lakin Qazaxıstan Moskvanın əlinə keçən bu təyyarələr üzərində tam nəzarətə malik deyildi.
 
Rusiyanın irimiqyaslı təyyarələrin oğurlanmasını necə gizlətdiyinə dair bir neçə versiya var. O zaman Rusiya Federasiyası və Qazaxıstanın strateji bombardmançı təyyarələrinin ekipajları "Semipalatinsk-2" və Ukrayna aerodromları arasında müntəzəm uçuşlar etməli idi və marşrut boyunca çağırış nişanlarının "mübadiləsi" həyata keçirilirdi.
 
Versiyalardan birinə görə, təyyarələr Rusiyaya enən zaman əvəzinə köhnə "Tu-95K" təyyarələri geri uçub. Moskva ölkənin strateji aviasiya pilotlarının sədaqətindən istifadə edərək bu addımı atıb. Nə baş verdiyini görəndə, “geri göndərmək” üçün çox gec idi.
 
İkinci versiyada deyilir ki, ruslar sadəcə olaraq xarici təyyarələri Rusiya Federasiyasının ərazisinə enərkən buraxmırmışlar. Ancaq Rusiya məlumatlarına görə, "cəmi" 16-18 belə təyyarə oğurlanıb. Buna görə də 20-dən çox təyyarəni necə oğurladıqları sual altındadır.
 
Qazaxıstana dəqiq neçə təyyarənin köçdüyü və bunların təlimçi "Tu-95K" və ya daha yeni "Tu-95K-22" ("X-22" daşıyıcıları) olması da məlum deyil. Bu təyyarələrin taleyinin necə olduğu da sirr olaraq qalır.
 
“Yuxarıdakı hekayə hətta “dumanlı” görünə bilər, lakin o, Rusiya Federasiyasının oğurluq yolu ilə strateji aviasiyasının “özəyini” necə əldə etdiyini və buna görə heç bir cəza almadığını izah edir”, - nəşr yazır.
 
 
Chosen
0
moderator.az

1Sources