EN

Bu şəxslərə 285 manat verilir: daha çox ala bilərsiniz Bir şərtlə...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən günlərdə sosial mediada yayılan və guya vətəndaşlara 3399 manat məbləğində ünvanlı sosial yardımın verilməsi ilə bağlı bir paylaşım cəmiyyətdə geniş rezonans doğurub. Qısa müddət ərzində aidiyyəti dövlət qurumları məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb. Bildirilib ki, sözügedən səhifə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək üçün yaradılıb.

Dövlət tərəfindən belə yüksək məbləğdə ünvanlı sosial yardım nəzərdə tutulurmu? Maksimum ödənişlər nə qədərdir?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, ünvanlı sosial yardım ölkədə hər il təsdiq olunan yaşayış minimumuna görə formalaşır:

Xalid Kərimli

“2025-ci il üçün yaşayış minimumu 285 manatdır. Məsələn, bir ailədə 4 nəfər varsa, həmin rəqəm 285-ə vurulur və nəticədə 1140 manat edir. Eyni zamanda ailənin rəsmi gəlirləri müəyyən olunur. Ailənin rəsmi gəliri olmasa, 4 nəfərə görə hökumət onlara 1140 manat pul verir. Amma ailədə bir nəfər çalışırsa və rəsmi gəliri tutaq ki, 700 manatdırsa, o zaman 1140 manatdan qalan 440 manat ailəyə verilir. Burada əsas məsələ Azərbaycanda vətəndaşın aylıq gəlirinin 285 manatdan az olmamasıdır. Çünki hökumətin hesabına görə, bu məbləğdən az gəlirlə yaşamaq mümkün deyil. Fırıldaqçı və dələduzlar isə hər zaman olur”.

Deputat Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, ünvanlı sosial yardımın məbləği ehtiyac meyarı ilə ailənin gəliri arasında fərq nəzərə alınmaqla ödənilir:

Vüqar Bayramov

“Məsələn, ailədə 5 nəfər varsa, onlar üçün 2025-ci ildə ehtiyac meyarı orta hesabla 1425 manatdır. Ailənin gəliri 900 manatdırsa, 1425 manatdan həmin məbləğ çıxılır və ailəyə ünvanlı sosial yardım kimi ay ərzində 525 manat ödənilir. Burada minimum və maksimum ödəniş anlayışından istifadə olunmur”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
0
2
icma.az

3Sources