EN

ABŞ Konqo Demokratik Respublikası və Ruandadan sülh sazişi layihəsini alıb

Konqo Demokratik Respublikası (KDR) və Ruanda hökumətləri Vaşinqtona aralarında dövlətlərarası münasibətlərin tənzimlənməsi və KDR-in şərqində və bütövlükdə regionda sülhün əldə olunması haqqında saziş layihəsi təqdim ediblər.

“Report” xəbər verir ki, bu barədə Konqonun “Actualite” xəbər portalı ABŞ Prezidentinin Afrika üzrə baş müşaviri Massad Boulos məlumat verib.

"Mən KDR və Ruandadan alınan sülh təklifi layihəsini alqışlayıram. Bu, prinsiplər bəyannaməsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm addımdır və mən onların sülhə davamlı sadiqliklərini səbirsizliklə gözləyirəm", - o qeyd edib.

Xatırladaq ki, KDR və Ruanda Xarici işlər nazirliklərinin rəhbərləri aprelin 26-da Vaşinqtonda sülh sazişi üçün prinsiplər bəyannaməsini imzalayıblar, tərəflər onun layihəsini mayın 2-dək təqdim etməyi öhdələrinə götürüblər. Konqonun “Okapi” radiostansiyası xəbər verib ki, sənəd tam razılaşdırıldıqdan sonra onu KDR və Ruanda prezidentləri imzalayacaqlar.

KDR hakimiyyəti qonşu Ruandanı Konqonun şərqində fəaliyyət göstərən üsyançı qruplara dəstək verməkdə ittiham edir. Ruanda, öz növbəsində, KDR-i Konqo ərazisində yerləşən və məqsədi Ruanda hökumətini devirmək olan silahlı qruplara yardım göstərməkdə ittiham edir.
Chosen
0
2
sherg.az

3Sources