EN

Həsrət dağarcığı atama - Oqtay Qorçu yazır

Həsrət
Oqtay QORÇU

Həsrət dağarcığı atam çox yaşamadı, fani dünyadan nakam köçdü. Əcəl gələndə cavana, qocaya baxmır, biz isə aramızdan gedən adamın yaşayışını, taleyini, onun bu fani dünyada illər boyu nələr çəkdiyini, niyə qəfildən düşdüyünü eşələməkdənsə, eləcə, rəhmət oxuyuruq, sonra "alın yazısı, qisməti beləymiş", - deyə dağılışırıq evimizə.

Yaradanın yazdığı alın yazısı da var, qismət də. Amma bir nəsnə daha var - Tələsmək diləyi. Və buna görə də, ölmək istəyənlər, daima nigaranlıq çəkənlər çox yaşamırlar. Məncə, 20, 30, 40, 50, 60, hətta 67 yaşında belə bu fani dünyadan köçmək, elə nakam köçməkdir, vaxtsız vəfat etməkdir. Və ona görə də, hər adam ən azı 70-80 yaşamalıdır. 85 yaşa çatmaq isə özgə aləmdir, nələr çəkirsən, nələri unudursan, bir Allah bilir...

85 yaş yaşamaq qəşəngcə qocalmaqdır, göz dolusu yaşamaqdır, üstəlik, gözün doyandan sonra, heç kimdən, heç nədən nigaran qalmadan arxayınca köçməkdir. Onda, son nəfəsində gözlərinə görükən, vahiməsi bəyaz aləmə çevrilən, eləcə də zalımlığından əsər-əlamət qalmayan o, can alan ölüm mələyinin sənin hüzuruna gətirdiyi son bəxşiş əcələ elə heyranlıqla baxa-baxa qalacaqdın, çarəsiz ölümün üzünə gülə-gülə elə can rahatlığı ilə can verib bu fani dünyadan köçəcəkdin ki...


Ağa Laçınlı

Həsrət dağarcığına qismətini bükmələyib qoymayan adamlar 80, 85, 90, 100... Lap çox yaşayanlar da, var. Bunun da, adı var. Bu da, alın yazısıdır, qismətdir.

67 yaş qocalıq deyil, 67 il ömür sürmək sənin taleyinə yazılıbmış.

Ata, mən nə Allaha, nə də sənin vaxtsız ölümünə qiyam etmədim, mən səni əlini üzmədiyin Yaradana tapşırdım.

Görən, 85 yaşının sənsiz dövrləri oradan necə görsənir?..

Allah bilir...
Chosen
0
1
reyting.az

2Sources