EN

Rusiyada narkotik alverçisi erməni mənzili YANDIRDI – Özü də YANDI – VİDEO

Leninqrad vilayətində Ermənistandan olan narkotik alverçisi mənzili yandırıb və özü də orada yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Leninqrad vilayətində Ermənistandan olan narkotik alverçisi 37 yaşlı Qor Ovakimyan mənzili yandırıb və özü də orada yanıb. Lakin çılğın liberallar buna görə “Rusiya İcması”nı günahlandırır.

Vsevolojskda yerli narkoman mənzildə “priton” qurub. O, evə narkotik istifadə etmək üçün əvvəllər narkotik maddələrin yayılmasında ittiham olunan Ermənistandan olan miqrant dostunu və Soçidən bir fahişəni dəvət edib.

Bir neçə ildir narkobanla qonşu olan yerli sakinlər ev sahiblərindən birinin (narkotik aludəçinin bacısı) icazəsi ilə mənzilə polisi çağırıblar.

Narkomanlar polisi görən kimi aqressiv reaksiya verərək insanlara hücum edib. Daşqalaq edilmiş erməni otağa girib, qapını bağlayıb, otağı yandırıb və orada özü də yanıb.

Digər narkotik aludəçisi olan erməni qadın yanğından xilas olmaq istəyərkən pəncərədən atılaraq onurğasını sındırıb.

Məlumata görə, sakinlər narkomanlarla bağlı dəfələrlə polisə şikayət ediblər.

Məlumat ortaya çıxandan sonra liberal və xarici agent media faktları təhrif edərək, saxtalaşdıraraq əsl isteriyaya düşüb. Ermənilərin “jurnalistikasının” səviyyəsi lap biabırçılıqdır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
0
interpress.az

1Sources