EN

Sonuncu günündə Zelenskiyə zəng etdi

Olaf Şolts Almaniya kansleri kimi son günündə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat katibi Şteffen Hebestreyt bildirib.

“Kansler Şolts bu gün günortadan sonra, səlahiyyət müddətinin sonunda Zelenski ilə telefonla danışıb”, - o vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, Şolts Zelenskiyə sıx əməkdaşlığa görə təşəkkür edib:

“O qeyd etdi ki, Almaniya lazım olduğu müddətdə Avropa və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqda Ukraynanı dəstəkləməyə davam edəcək”.

Chosen
0
3
qafqazinfo.az

4Sources