EN

Bu şirkət 38 min dollar cərimələndi DÜZƏLİŞ

Mərkəzi Bank “GN Petrol-S LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib. 

Valyuta.az-ın məlumatına görə, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, “GN Petrol-S LTD” MMC tərəfindən 192 642 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 27 fevral 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.

2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 
Məhkəmənin qərarı ilə, “GN Petrol-S LTD” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 38528.4 ABŞ dollar cərimələnib.

Sabiq İsbəndərli

Chosen
0
valyuta.az

1Sources