EN

McDonald s restoranlarına maraq azalır Şirkət müştəri itirir

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin ilk rübündə "McDonald's" restoranlarında müştəri sayı gözlənilmədən azalıb. 

News24.az valyuta.az-a istinadla xəbər verir ki, bir ildir fəaliyyət göstərən restoranlarda qlobal satışlar 1% enib. Analitiklər isə 2%-lik artım proqnozlaşdırırdılar.

Məlumata görə, xüsusilə ABŞ-də geriləmə kəskin olub – satışlar 3,6% azalıb ki, bu da pandemiya dövründən bəri ən aşağı göstəricidir. İstehlakçılar arasında iqtisadi qeyri-müəyyənliklə bağlı narahatlıq restoranlara tələbatı azaldıb. Qeyd edək ki, "Chipotle" kimi digər restoran şəbəkələri də oxşar geriləmələr açıqlayıb.

Məlumatda deyilir ki, "McDonald's" ABŞ-də daha sərfəli menyular təqdim etməklə bu vəziyyətdən çıxmağa çalışır. Müştərilər bir tam qiymətli məhsul alanda əlavə bir məhsulu 1 dollara əldə edə bilirlər. Bundan əlavə, şirkət ötən ildən bəri davam edən "5 dollarlıq menyu" təklifini bu yay da uzadacaq.

Şirkətin ümumi gəliri 3% azalaraq 5,95 milyard dollara düşüb. Bu, 6,09 milyard dollarlıq gözlənti ilə müqayisədə aşağıdır. Xalis gəlir də 3% azalaraq 1,86 milyard dollar olub. Yenidənqurma və digər bir dəfəlik xərclər çıxıldıqda, hər səhmə düşən qazanc 2,67 dollar təşkil edib ki, bu da gözləntiləri cüzi üstələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
0
2
icma.az

3Sources