EN

Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib.

Bizim.Media xəbər verir ki, “Volfsburq” Ralf Hazenhüttellə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı avstraliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Hazenhüttel 2024-cü ilin mart ayında “Volfsburq”un baş məşqçisi təyin olunmuşdu. Komanda Bundesliqada 32 turdan sonra 39 xal toplayıb və turnir cədvəlinin 32-ci pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
0
2
bizim.media

3Sources