EN

İsrail Qəzzanı yenidən bombaladı - Ölənlərin sayı 45-ə çatdı

BAKI, 5 may. TELEQRAF

İsrailin hava zərbələri nəticəsində Qəzza zolağında ağır insan itkiləri qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi baş verən hücumlar nəticəsində azı 45 nəfər həyatını itirib.

İsrailin Qəzzaya endirdiyi hücumlar nəticəsində çoxlu sayda partlayış baş verib, onların bir neçəsi Qəzza şəhərinin qərb bölgələrində qeydə alınıb. Fələstinin HƏMAS hərəkatına bağlı Qüds portalı isə yalnız bir zərbə nəticəsində ən azı 15 fələstinlinin öldüyünü açıqlanıb.

Martın 18-dən etibarən İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib və yanvar ayında elan edilmiş atəşkəsi rəsmən başa çatdırıb. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi əməliyyatların bərpasını, HƏMAS-ın vasitəçilər və ABŞ-ın xüsusi elçisi Stiven Vitkoff tərəfindən təqdim olunan təklifləri rədd etməsi ilə izah edib.

Netanyahunun ofisinin açıqlamasına görə, əməliyyatların əsas məqsədi bütün girovların azad olunmasıdır. HƏMAS isə İsrailin və ABŞ-ın bu qərarını qınayaraq, hərbi əməliyyatların bərpasında əsas məsuliyyətin onlara aid olduğunu bəyan edib.

Hazırda bölgədə humanitar vəziyyətin daha da pisləşdiyi, yardım çatdırılmasının çətinləşdiyi və mülki əhalinin ciddi təhlükə altında olduğu bildirilir.

Chosen
0
2
teleqraf.com

3Sources