EN

“Azərbaycanlılar dəhlizdən əl çəkmədilər, eləmi? sualı Simonyanı əsəbiləşdirdi”


Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanı “rus casusu statusuna malik şəxs” adlandırıb. Simonyan bu bəyanatı mayın 5-də keçirdiyi brifinqdə səsləndirib. Düzdür, Simonyan dərhal əlavə etdi ki, onda faktlar yoxdur və onun dedikləri sırf siyasi bəyanatdır. Onun sözlərinə görə, bu cür sözlərə səbəb Köçəryanın söz və hərəkətlərinin Rusiyanın maraqlarının müdafiəsiylə üst-üstə düşməsidir. "Bu, mənim siyasi dəyərləndirməmdir" deyə Simonyan vurğulayıb. İdeyanı inkişaf etdirənspiker bildirdi ki, kiminsə dedikləri Rusiya tərəfinin, fraksiya üzvlərinin dedikləri ilə tamamilə üst-üstə düşəndə artıq nəticə çıxarmaq olar. Simonyan hesab edir ki, onun fikrinin lehinə olan digər arqument Gümrünün yeni meri Vardan Qukasyanın “Köçəryanın dəstəklədiyi” Ermənistanın Rusiya-Belarus birlik dövlətinə qoşulmasının lehinə çıxış etməsidir. J

urnalistlər gözlərini qırpmadan dərhal spikerə xatırladıblar ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın bəyanatları da Azərbaycan prezidenti Əliyevin bəyanatları ilə çox vaxt üst-üstə düşür. Paralel irəli sürülən arqumentspikerin xoşuna gəlməyib və o, jurnalistləri məntiqsizlikdə ittiham etməyə çalışıb. Onun sözlərinə görə, bir qayda olaraq Ermənistanı müharibəyə sürükləmək və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürmək istəyənlər bundan danışır, Ermənistan Respublikasına hücum üçün bəhanə yaradırlar. Spiker əlavə edib ki, Paşinyanla Əliyevin sözləri heç də üst-üstə düşmür, bunu Bakıdan gələn qınaq və hədələr də sübut edir. “Onlar{azərbaycanlılar} dəhlizdən əl çəkmədilər, eləmi? sualı isə Simonyanı əsəbiləşdirib

Surxay Əliyev

Chosen
0
baki-xeber.com

1Sources