BAKI, 5 may. TELEQRAF
Rumıniyanın Baş naziri Marsel Çiolaku rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının (SDP) şurasının iclasından sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Çiolaku istefası barədə ətraflı açıqlama verməsə də, qərarın siyasi partiyası daxilində keçirilən müzakirələrdən sonra verildiyi bildirilir.
Hazırda Rumıniyada hökumətin yeni formalaşdırılması və siyasi liderlik məsələləri diqqət mərkəzindədir.
Marsel Çiolaku 2023-cü ilin iyun ayında Baş nazir vəzifəsinə gəlmişdi. Onun rəhbərliyi dövründə ölkədə bir sıra sosial və iqtisadi islahatlar həyata keçirilib.
Yeni baş nazirin kim olacağı və siyasi gedişatın hansı istiqamətdə inkişaf edəcəyi yaxın günlərdə aydınlaşacaq.