16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.
Operativ Media xəbər verir ki, U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.
Millinin təlim-məşq toplanışı üçün heyəti ilə tanış ola bilərsiniz: