EN

Ançelotti "Real Madrid"lə razılaşdı

BAKI, 5 may. TELEQRAF

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti komandadan ayrılmasının şərtlərini razılaşdırıb.

Teleqraf "The Athletic"ə istinadən xəbər verir ki, "kral klubu" mövsümün sonuna qədər italiyalı mütəxəssisin gedişi ilə bağlı rəsmi açıqlama verəcək.

Bunun mayın 11-də "Barselona" ilə oyundan dərhal sonra da baş verməsi istisna edilmir.

Ançelottinin yaxın vaxtlarda Braziliya Futbol Konfederasiyası (CBF) ilə müqavilə imzalayacağı bildirilir. Braziliya millisinin 66 yaşlı məşqçinin rəhbərliyi altında ilk oyunlarını iyunda – DÇ-2026-nın seçmə mərhələsində Ekvador və Paraqvaya qarşı keçirəcəyi planlaşdırılır.

"Real Madrid" tezliklə Klublararası Dünya Çempionatında komandaya kimin rəhbərlik edəcəyinə qərar verəcək. Namizədlər arasında Xabi Alonso, Santiaqo Solari, Raul və Alvaro Arbeloa var.

Qeyd edək ki, "Real Madrid" İspaniya La Liqasının turnir cədvəlində 75 xalla 2-ci pillədə qərarlaşıb.

Chosen
0
teleqraf.com

1Sources