ABŞ prezidenti Donald Tramp deyib ki, Avropa liderləri ondan Kreml lideri Vladimir Putinə zəng etməsini xahiş ediblər, çünki Rusiya prezidenti onların zənglərinə cavab vermir.
HİT.az xəbər verir ki, bu barədə Tramp NBC telekanalına müsahibəsində bildirib.
Tramp qeyd edib ki, Rusiya Ukrayna ərazilərindən imtina etməlidir:
"Rusiya bütün Ukraynadan imtina etməli olacaq. Çünki Rusiya bütün Ukraynanı istəyir. Və mən müdaxilə etməsəydim, onlar (ukraynalılar-red.) hazırda bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiya indi malik olduğu hissəni (Ukraynanın-red.) istəmir, Rusiya bütün Ukraynanı istəyir. Mən olmasaydım, onlar (ruslar-red.) dayanmazdılar. Bilirsinizmi, Avropa İttifaqının liderləri məndən dəfələrlə xahiş ediblər ki, Putinə zəng edim? Çünki o, onların zənglərinə cavab vermir".
Ağ Ev rəhbərinin sözlərinə görə, Putinin ambisiyaları indi əsasən dayanıb, çünki o, Trampın sülh yolu ilə nizamlanmaya başladığını görüb:
"Avropada heç kimlə əlaqəsi olmadığı üçün onlara geri zəng etmədi. Bilirsiniz, ondan nə soruşdum, dedim: "Üç il ərzində Bayden sizə zəng etdi? Bayden bir dəfə də olsa zəng edib?" O, "Heç vaxt zəng etmədi" deyə cavab verdi. Bilirsiniz, Bayden heç vaxt ona zəng vurmayıb".
Samir