Hakimiyyət bölgənin şimal-şərqindəki iki sərhəd şəhərinin sakinlərini təxliyə etməyə çağırır.
Herbiand.az bildirir ki, Rusiya Müdafiə Nazirliyi Sumı vilayətində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə hücumlar barədə məlumat verib.
Ukraynanın Sumı vilayətinin hakimiyyəti bölgənin şimal-şərqində, Rusiya ilə sərhədə yaxın ərazidə yerləşən Belopolye və Vorojba şəhərlərinin sakinlərinin təcili təxliyəsi barədə elan edib.
Sumı rayon dövlət administrasiyasının başçısı Mixail Melnik yerli sakinləri “təhlükəsiz yerə” getməyə çağırıb və bu barədə “Facebook” sosial şəbəkəsində yazıb.
Belopolye əhalisi təxminən 6 min nəfər, Vorojba isə 6,6 min nəfərdir. Belopolye Rusiyanın Tetkino kəndindən təxminən 13 km məsafədə yerləşir.
Bəxtiyar CƏFƏRLİ