EN

Premyer Liqa klubunda təqdirəlayiq addım - FOTOLAR

"Sumqayıt" rəhbərliyi akademiya adına maraqlı jestlə yadda qalıb.

Belə ki, əsas komandanın avtobusu uyğun olduğu günlər akademiya komandalarının da ixtiyarına verilir.

Məsələn, bir neçə gün əvvəl U-15 komandasını tovuzlu həmyaşıdları ilə görüşə A komadasının nəqliyyat maşını aparıb.

Uşaqların rahatlığı öz yerində.

Bir də məsələyə psixoloji və mənəvi tərəfdən baxmaq yerinə düşər.

Bu gün 14-15 yaşlı uşağın Roi Kehat, Bobir Abdixolikov kimi əcnəbilərin, Səbuhi Abdullazadə, Murad Xaçayev, Elvin Bədəlov, Rövlan Muradov kimi yerlilərin olduğu avtobusda özünə yer tapması futbolçu kimi böyüməsində psixoloji baxımdan önəmli rol ala bilər.

Rəhbərlikdən belə diqqətin göstərilməsi azyaşlı uşaqları əsas komandaya düşmək yolunda ikiqat motivasiya edəcəyi şübhəsizdir.

SPORTİNFO.AZ

Chosen
0
sportinfo.az

1Sources