EN

Londonda İsrailin Suriyaya hücumlarına etiraz edilib

Suriya bayraqları daşıyan etirazçılar “Netanyahunu görəcəksən, Qolan təpələri azad olacaq”, “Əllər Suriyadan” kimi şüarlar səsləndirib.

Turkustan.az xəbər verir ki, İsrailin Londondakı səfirliyi qarşısına toplaşan nümayişçilər İsrailin Suriyaya hücumlarına və Colan təpələrini işğal etməsinə etiraz ediblər.

Suriya Həmrəyliyi Kampaniyası liderliyi ilə Londonda İsrail səfirliyi qarşısında təşkil edilən etiraz aksiyasına qatılan nümayişçilər İsrailin Suriyaya hücumlarına reaksiya verib.

Suriya bayraqları daşıyan etirazçılar “Colan təpələri Suriya ərazisidir”, “Netanyahunu görəcəksən, Qolan təpələri azad olacaq”, “Əllər Suriyadan çəkilsin” kimi şüarlar səsləndiriblər.

Etirazçılar həmçinin “Suriya üçün ədalət”, “İsrailə qarşı sanksiyalar tətbiq edin”, “İsrailin təcavüzü regional sülhə təhlükədir” və “İsrailin torpaq işğalını dayandırın” yazılı plakatlar qaldırıblar.

Aytən Yaşar/ Turkustan.az

Chosen
0
turkustan.az

1Sources